Home AZ | EN | RU

Gənc folklorşünasların “Elmi seminarların materialları (2016-2017)” toplusu işıq üzü görüb

23/06/2017

Filologiya fakültəsi Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının keçirdiyi elmi seminarlarının məruzə topluları - “Elmi seminarların materialları (2016-2017)” kitabı  kafedra müdiri professor Səhər Orucovanın redaktorluğu ilə işıq üzü görüb. Tədbiri çıxışı ilə açan professor Səhər Orucova elmi seminarların vacibliyini vurğulayaraq, tələbə və magistrların elmə həvəsini artırmaqla yanaşı, onlarda müxtəlif mövzularda tədqiqat bacarıqlarını artırdığını söyləyib. O, öz növbəsində elmi rəhbərlərə- prof.  Nizami Qasım oğlu Xəlilov, dos. Etibar Əjdər oğlu Talıblı, dos. Kəmalə Faiq qızı İslamzadə, dos. Məhəmməd Məmmədsəid oğlu Məmmədov və  dos. Könül Kamil qızı Həsənovaya magistr və tələbələrin tədqiqat işlərində yaxından kömək etdiyi üçün təşəkkür edib. Digər professor-müəllim heyəti, eləcə də magistr və tələbələr öz təəssüratlarını bölüşüb, bu təşəbbüsü yüksək qiymətləndirib. 30-a yaxın tezisin toplandığı kitabda magistrant və tələbələrin “Heydər Əliyev və folklor”, “Azərbaycan ədəbiyyatında multikulturalizmin təzahürləri”, “Azərbaycan xalq mahnıları”, “Əzizə Cəfərzadə yaradıcılığında Novruz”, “Azərbaycan ədəbiyyatında rənglər” adlı elmi seminarlardakı  məruzələri yer alıb.

Bookmark and Share