Gənc tədqiqatçı Sevil Hüseynovanın monoqrafiyası işiq üzü görüb
23/02/2018BDU-nun Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə Elmi Tədqiqat Laboratoriyasnın əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Sevil Hüseynovanın “Bədii nəsrdə tarixi və müasir gerçəklik” adlı monoqrafiyası işıq üzü görüb. Monoqrafiyada Seyfəddin Dağlının bədii irsi fonunda Müasir Azərbaycan ədəbiyyatının seçilmiş örnəkləri tədqiq olunub. Əsərdə Azərbaycan bədii gülüş məktəbinin bir nümayəndəsi olaraq Seyfəddin Dağlının XX əsr satirasına gətirdiyi yeniliklər, sənətkarlıq imkanları, yaradıcılığının özəllikləri, insana və zəmanəyə yeni baxışı, mövcud nöqsan və ziddiyyətlərin tənqid və ifşası öz əksini tapıb.
Müəllif mövzu ilə əlaqədar oxucuları maraqlandıra biləcək səviyyədə qarşıya çıxan sualları araşdırıb və onlara uyğun cavablar verə bilib. Əsər Seyfəddin Dağlı irsinə yeni və dəyərli bir elmi baxışı əks etdirir. Kitabın elmi redaktoru professor Tofiq Hüseynoğlu, rəyçiləri Abdulla Abasov və İfrat Əliyevadır.
