Home AZ | EN | RU

Diqqət! Diqqət! Gənclərin respublika esse müsabiqəsi

18/04/2017

ADK Nəşriyyat Evi “Azərbaycan-Gürcüstan ədəbi əlaqələri müasir mərhələdə”adlı müəllif layihəsi çərçivəsində gənclərin respublika esse müsabiqəsini  elan edir

Müsabiqənin mövzusu
Müsabiqə gürcü şairi və esse yazarı Giorgi Kekelidzenin “Quriya gündəlikləri” əsərinin təhlilinə həsr olunur.
Müsabiqənin şərtləri
1. Müsabiqəyə tədqim olunacaq esselər Giorgi Kekelidzenin “Quriya gündəlikləri” əsərinin mövzu, ideya, bədii təhlilinə həsr olunmalıdır.
2. Esselər 3 səhifədən çox olmayaraq, Times New Roman şrifti ilə, 12 ölçüdə, sətirlərarası interval 1, səhifəkənarı ölçülər 2 sm olmaqla yazılmalıdır.
3.  Essenin əvvəlində müəllifin adı, soyadı, atasının adı, aid olduğu təşkilat, elektron poçt ünvanı və əlaqə nömrəsi qeyd olunmalıdır.
4. Esselər 16 may 2017-ci il tarixi də daxil olmaqla [email protected] ünvanına göndərilməlidir.
5. Göstərilən tarixdən sonra göndərilən və tələblərə cavab verməyən essələr müsabiqəyə buraxılmayacaq.  
6. Müsabiqəyə təqdim olunmuş yazılar münsiflər heyəti tərəfindən dəyərləndirildikdən sonra nəticələr elan olunacaq və 4 ən yaxşı esse müəllifi mükafatlandırlacaq.
7. Müsabiqə qalibləri (I, II, III və həvəsləndirici yerlər) diplom və müxtəlif hədiyyələrlə təltif ediləcək. Ən yaxşı esse müəllifinə Gürcüstanın “Welcome to Georgia” səyahət agentliyi tərəfindən Tbilisi şəhərində 3 günlük istirahət tur paketi təqdim olunacaq.
8. Ən maraqlı essələr antologiya şəklində nəşr olunacaq.  
9. Müsabiqənin nəticələri və qaliblərin mükafatlandırılması mərasimi 25 may 2017-ci il tarixində saat 12-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçiriləcək.
10. Ətraflı məlumat üçün Tələbə Elmi Birliyinin sədr müavini Aynur Mustafeyavaya müraciət edin.
Qeyd: Giorgi Kekelidzenin “Quriya gündəlikləri” əsərini kitab mağazalarından (“Kitabevim”, “Rebus”, “”Papirus“, “Akademkitab”, “Zəka”) əldə etmək olar.

ADK Nəşriyyat Evi

Bookmark and Share