Görkəmli Azərbaycan şairi İ.Nəsiminin 650 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçiriləcək
01/10/2019
Görkəmli Azərbaycan şairi İ.Nəsiminin 650 illik yubileyinə həsr olunmuş
“KLASSİK AZƏRBAYCAN ƏDƏBİYYATI: DİL, ÜSLUB, İDEYA PROBLEMLƏRİ” mövzusunda respublika elmi konfransı haqqında
B İ L D İ R İ Ş
6 dekabr 2019-cu ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin təşəbbüsü ilə görkəmli Azərbaycan şairi İ.Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Klassik Azərbaycan ədəbiyyatı: dil, üslub, ideya problemləri” mövzusunda Respublika elmi konfransı keçiriləcək.
Konfransda iştirak etmək istəyənlər öz məqalələrini 10 noyabr 2019-cu il tarixinədək təşkilat komitəsinin [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Konfransın təqvimi:
Məqalə mətnlərinin göndərilməsi üçün son tarix – 10 noyabr 2019-cu il
Qəbul olunmuş məqalələrin elan edilməsi – 20 noyabr 2019-cu il
Konfransın keçirilməsi tarixi – 06 dekabr 2019-cu il
Konfransın işçi dilləri: Azərbaycan, türk, rus və ingilis dilləri
Konfrasın mövzuları:
Konfransa təqdim edilmiş məqalələr aşağıdakı istiqamətləri əhatə etməlidir:
- İ.Nəsiminin həyatı və ədəbi irsi
- Klassik Azərbaycan ədəbiyyatı problemləri
- Klassik Azərbaycan ədəbiyyatının dil və üslub məsələləri
Məqalənin tərtib forması: (formanı linkdən də yükləyə bilərsiniz)
- Məqalə işçi dillərdən birində 5-10 səhifə həcmində Times New Roman şrifti ilə, 14 ölçüdə, sətirlərarası interval 1,5, paraqraf abzası 1 sm, səhifəkənarı ölçülər 2 sm olmaqla yazılmalıdır.
- Məqalənin əvvəlində ortadan tünd-qara şriftlə, böyük hərflərlə müəllifin adı, atasının adı, soyadı; onun altından kursivlə elmi dərəcəsi, vəzifəsi və aid olduğu təşkilat qeyd olunmalıdır.
- Məqalənin adı ortada böyük hərflərlə, ondan sonra əsas mətn verilməlidir.
- Məqalələrin məzmunu elmi yeniliyi və aktuallığı ilə fərqlənməlidir.
- Ədəbiyyat siyahısı məqalənin sonunda “İstifadə olunmuş ədəbiyyat” adı ilə verilməli və əlifba sırası gözlənilməlidir. Mətndə ədəbiyyata istinadlar mötərizədə mənbənin siyahıdakı nömrəsini və götürülən sitatın səhifəsini göstərməklə verilməlidir. (5, s. 132) və ya [3, s. 76].
Xülasə və açar sözlər:
- xülasə 5 cümlədən, açar sözlər isə 5 sözdən az olmamalıdır:
- məqalə Azərbaycan dilindədirsə: ingilis dilində;
- rus və ingilis dillərindədirsə: Azərbaycan dilində olmalıdır.
Konfransa elmi dərəcəsi olan şəxslər (fəlsəfə və elmlər doktorları), müəllimlər, elmi işçilər, doktorantlar, magistrantlar və tələbələr (hər kəs yalnız bir məqalə ilə) qatıla bilər.
Göstərilən tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək.
Konfransa təqdim olunmuş yazılar təşkilat komitəsi tərəfindən dəyərləndirildikdən sonra müəlliflərə elektron poçt ünvanı vasitəsilə məlumat veriləcəkdir.
Konfransla bağlı əlavə məlumatlar iştirakçılara [email protected] elektron poçt ünvanı vasitəsilə çatdırılacaqdır.
