Home AZ | EN | RU

Heydər Əliyev və Azərbaycan gəncliyi” məqalə müsabiqəsi

07/05/2012

Heydər Əliyev və Azərbaycan gəncliyi” məqalə müsabiqəsi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Yasamal Rayon icra Hakimiyyəti tərəfindən ali təhsil müəssisələrinin tələbələri arasında “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda məqalə müsabiqəsi keçirilib.

Məqalə müsabiqəsində münsiflər heyətinin rəyinə əsasən Bakı Dövlət Universiteti Filologiya fakültəsinin IV kurs tələbəsi, Fakültə TEC-in sədri, Nizami Gəncəvi adına təqaüdçü, Sadıqlı Ayşən Əsəd qızı 1-ci yeri tutub. Müsabiqədə iştirak etmiş 190-a qədər gənc tələbələr arasında qalib olmuş Ayşən Sadıqlı “Partiyanın ictimai-siyasi həyatında fəal iştirakına və Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə Fəxri Fərman” və pul mükafatına layiq görülüb. Yer tutmuş məqalə AMEA-nın xəbərlərində dərc ediləcək.

Ətraflı bax:

http://press.bsu.edu.az/az/news/iv_kurs_tlbsi_ayn_sadql_heydr_liyev_v_azrbaycan_gncliyi_mvzusunda_mqal_msabiqsind_i_yeri_tutub

 


Bookmark and Share