“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda gənc tədqiqatçıların Respublika Elmi Konfransı keçiriləcək
07/04/201728 aprel 2017-ci ildə YAP Gənclər Birliyi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda gənc tədqiqatçıların (tələbə, magistrant, doktorant) Respublika Elmi Konfransı keçiriləcəkdir.
Konfransın işi aşağıdakı bölmələr üzrə aparılacaqdır:
Heydər Əliyev müasir gənclər siyasətinin banisi kimi
Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu
Müasir Azərbaycanın inkişafında gənclərin rolu
Heydər Əliyev elm, təhsil və mədəniyyətin himayədarı kimi
Sizi bu konfransda iştirak etməyə dəvət edirik.
Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis
İştirakla bağlı məlumat və tezis elektron formada 14 aprel 2017-ci ildən gec olmayaraq TEB-in sədr müavinlərinin imeyl ünvanlarına göndərsinlər:
[email protected] və ya [email protected]
Konfransın təqvimi:
Tezislərin göndərilməsi üçün son tarix |
14 aprel 2017-ci il |
Qəbul edilən tezislər haqqında məlumatın verilməsi |
18-19 aprel 2017-ci il |
Konfransın plenar iclasının açılış mərasimi |
28 aprel 2017-ci il
|
Bölmə iclasları |
28 aprel 2017-ci il |
Konfransın bağlanış mərasimi |
28 aprel 2017-ci il |
FORMA 1. Tezisin tərtibi qaydaları:
Həcm: 1 səhifə, format A4, ölçü 12, şrift Times New Roman, hər tərəfdən 2,0 sm., 1 interval, abzas 1,25. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.
Tezisin strukturu:
1. Müəllifin soyadı, adı, atasının adı qalın şriftlə
2. Tezisin adı böyük hərflərlə, qalın şriftlə
3. Təmsil etdiyi təhsil müəssisəsinin adı, elmi rəhbərin adı, soyadı, elmi dərəcəsi və ya elmi adı adi şriftlə.
QEYD: Çap olunmuş tezislər toplusu konfransın yekun iclasının sonunda konfrans iştirakçılarına təqdim olunacaq.
FORMA 2. Konfransda iştirak üçün bildiriş nümunəsi
Soyadı, adı, atasının adı |
|
Təmsil etdiyi təhsil müəssisəsi |
|
Təhsil pilləsi |
|
Telefon və imeyl |
|
Tezisin adı |
