Əhməd Cavad-120
18/04/2012Filologiya fakültəsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, böyük şair və maarifçi, tanınmış ictimai xadim, Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavadın anadan olmasının 120 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbiri fakültənin dekanı dosent MəhərrəmVəliyev açaraq Əhməd Cavadın yaradıcılığı haqqında məlumat verib. Tədbirdə Bakı Dövlət Universiteti Həmkarlar Təşkilatının sədri Fikrət Şiriyev, Müasir Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, prof. Tofiq Hüseynoğlu, Türkologiya kafedrasının müdiri, prof. Tofiq Hacıyev, prof. Almaz Məmmədova Ə.Cavad haqqında fikirləri ilə bölüşmüşlər.
Tədbirdə həmçinin Əhməd Cavadın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirildi və tələbələrin ifasında görkəmli şairin şeirləri səsləndirildi.
