Home AZ | EN | RU

Humanitar fakültələr üzrə rus dili kafedrasının baş müəllimi vəfat edib

07/08/2021

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Humanitar fakültələr üzrə rus dili kafedrasının baş müəllimi Qızılgül Ağami qızı Əhmədova vəfat edib. 79 yaşında dünyasını dəyişən Qızılgül Əhmədova 1961-1969-cu illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb. 1969-cu ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 1984-cü ildən BDU-nun Humanitar fakültələr üzrə rus dili kafedrasının baş müəllimi idi.
Allah rəhmət eləsin!

Bookmark and Share