“Kitabi-Dədə Qorqud” dastanlarını necə bilirik” mövzusunda viktorina
07/04/2017Filologiya fakültəsi Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Kitabi-Dədə Qorqud” dastanlarını necə bilirik” mövzusunda viktorina keçirilib. Tədbiri açıq elan edən kafedra müdiri Səhər Orucova viktorinanın məqsədi və şərtlərini elan edib. Viktorinada filologiya fakültəsinin tələbələri və magistrantlarından ibarət altı qrup iştirak edib. Suallar münsiflər heyəti professor Səhər Orucova, dosent Etibar Talıblı, dosent Kəmalə İslamzadə, dosent Məhəmməd Məmmədov tərəfindən səsləndirilib. Birinci yerin qalibi fakültənin I kurs tələbələrindən ibarət “Qorqudun nəvələri” komandası olub. İki və üçüncü yerləri isə II kurs tələbələrindən ibarət olan “Damğa” və “Bayat” komandaları bölüşüblər. Sonda qaliblərə müxtəlif hədiyyələr təqdim olunub.
