Könüllər Təşkilatının üzvləri Şəhidlər xiyabanında
08/05/2022Mayın 08-də BDU-nun Filologiya fakültəsi üzrə Könüllər Təşkilatının üzvləri Azərbaycanın Milli Qəhrəmanları - Birinci Qarabağ müharibəsi şəhidi Albert Aqarunovun və 2020-ci ilin iyul döyüşləri şəhidi polkovnik İlqar Mirzəyevin doğum günü münasibətilə Şəhidlər xiyabanını ziyarət ediblər.
Tələbələr şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, ruhlarına dualar oxuyub, məzarları üzərinə gül dəstələri düzüblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
