İlhamə Hacıyeva (Dağlı) və Kənan Hacı: “Vətən savaşı” şeiri
05/11/2020Sənin intizarına 
qurban olum, ay ana,
Gözlərin yollardadır, 
qulağın səksəkədə.
Sənin ağrılarına 
dərman olum, ay ana,
Oğlun haqq savaşında 
döyüşür ön cərgədə.
Bu gün Vətən dardadır, 
yollanmışıq cəbhəyə,
Gücü çatmaz düşmənin 
qəddimizi əyməyə.
Göy titrəyir, yer yanır
Bu Vətən savaşında.
Qan yaddaşım oyanır
Yurdun hər qarışında.
Bayrağında qanının 
Rəngi var şəhidlərin.
Əsirgəməz canını
Savaşda igidlərin. 
Qarabağım, Xan bağım,
Nigarandır torpağım.
Şuşanın dağlarına 
Sancılacaq bayrağım.
Biz türk oğlu türklərik,
Sakit yatmış şirlərik.
Düşmən qoy unutmasın,
Ona aman vermərik.
Müzəffər, məğrur Ordum
Vurub keçir sədləri.
Düşmən çaş-baş qalıbdır,
Bağlanıb sərhədləri.
Bu gün sən qəhrəmansan,
İgid oğul anası.
Dik tut məğrur başını,
Ey mərd oğul atası.
Sil qəlbindən qüssəni,
Vida et göz yaşına.
Sevincin mərmi kimi
Düşsün düşmən başına. 
Düşmən yasa batdıqca
Sən güləcəksən, Vətən.
Sən qalib gələcəksən,
Yüksələcəksən, Vətən!!!
 
                
                    


