Magistrantımız elmi konfransda uğurla çıxış edib
23/12/2016Bakı Dövlət Universitetinin Tarix fakültəsində Azərbaycanın dövlət müstəqilliyinin bərpası və Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis olunmasının 25 illiyinə həsr olunmuş “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda universitetdaxili I elmi konfrans keçirilib.
Konfransa Filologiya fakültəsindən Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının II kurs magistrantı Mərziyə Qasımova qatılıb və uğurlu çıxışına görə sertifikata layiq görülüb.
Biz də magistrantımızı təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.
