Home AZ | EN | RU

“Manipulyasiya və inandırma psixologiyası” mövzusunda təlim keçirilib

22/04/2022

BDU-nun Filologiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsi və THİK-in nəzdində fəaliyyət göstərən “TEDX Club”ın təşkilatçılığı ilə Orxan Şahbazla görüş keçirilib.
“Manipulyasiya və inandırma psixologiyası” mövzusuna həsr edilmiş təlimdə Orxan Şahbaz bildirib ki, gündəlik həyatımızda, ailə daxilində, iş mühitində, mediada, münasibətlərimizdə ixtiyari və ya qeyri-ixtiyari olaraq manipulyasiyaya məruz qalırıq. Təlimçi manipulyasiyaya məruz qalmamağın üsullarından, manipulyasiya edənlərin hədəfləri gizlətməsinin əsas məqsədlərindən,  müxtəlif taktikalar vasitəsilə insanların davranışına təsir etməyin yollarından söz açıb, manipulyasiya ilə inandırmanın fərqləri barəsində tələbələri məlumatlandırıb.
Sonra interaktiv şəkildə qarşılıqlı fikir mübadiləsi aparılıb, tələbələrin sualları cavablandırılıb.

Bookmark and Share