Home AZ | EN | RU

Məhəbbət carçısı Nigar Rəfibəylinin 100 illik Yubiley Tədbiri

08/04/2014

08.04.2014 tarixində Filologiya fakültəsində professor-müəllim heyəti, tələbə-magistrantların iştirakı ilə XX əsr Azərbaycan poeziyasının məhəbbət şairəsi Nigar Rəfibəylinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan dekan, dosent Məhərrəm Vəliyev universitetdə görkəmli şair və yazıçıların yubiley tədbirlərinin keçirilməsinin ənənə halını aldğını bildirib. Dekan, Nigar Rəfibəylinin 100 illik yubileyinin də keçirilməsi barədə Prezident İlham Əliyevin imzaladığı sərəncamı xatırlatdı, N.Rəfibəylinin həyat və yaradıcılıq yoluna nəzər salıb onun Azərbaycan ədəbiyyatında tutduğu xüsusi mövqedən danışıb: "XX əsrin 30-cu illərində yaradıcılığa başlayan Nigar Rəfibəylinin "Zəfər nəğməsi", "Anaların səsi", "Günəşin cavabı", "Dənizin səsi gəlir" kimi kitablarında müxtəlif, rəngarəng mpvzularda yazdığı şeirləri, poemaları toplanmışdır.Xatırladaq ki, Nigar xanım ziyalı bir ailədə dünyaya göz açmış, həyatını ziyalı bir insanla- şair Rəsul Rza ilə birlikdə davam etdirmişdir."

Daha sonra Müasir Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professorTofiq Hüseynoğlu və həmin kafedranın müəllimi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Abasova şairənin həyat və yaradıcılığından bəhs ediblər.

Sonda tələbələrində ifasında Nigar Rəfibəylinin şeirləri səsləndirilib.

Bookmark and Share