Home AZ | EN | RU

Fakültə Könüllüləri Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş ədəbi-bədii tədbir keçirib

01/12/2023

BDU-nun Filologiya fakültəsi üzrə BDU Könüllülərinin təşkilatçılığı ilə Mikayıl Müşfiqin əziz xatirəsinə həsr olunmuş “Məni gözəl xatırla” adlı ədəbi-bədii tədbir keçirilib.
Filologiya fakültəsi üzrə BDU Könüllülərinin sədri Rəvan Quliyevin moderatorluğu ilə keçirilən tədbirin rəsmi hissəsində görkəmli şairin həyatı və fəaliyyəti haqqında çıxışlar edilib, ədibin ömür yolundan bəhs olunan videoçarx nümayiş olunub.  
Sonra şairin şeirlərindən ibarət ədəbi-bədii kompozisiya təşkil edilib, R.Rzanın “Qızılgül olmayaydı” poeması səhnələşdirilib, gənc şairlərin şeirləri səsləndirilib, həmçinin “Lin-Orph” musiqi klubunun üzvləri tərəfindən müxtəlif mahnılar ifa olunub.

Bookmark and Share