Home AZ | EN | RU

"Milli kimlik və milli özünüdərk"

14/04/2015

Bakı Dövlət Universiteti Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin nəzdində fəaliyyət göstərən "Müasir Düşüncə Diskussiya Klubu"nda "Milli kimlik və milli özünüdərk" mövzusunda növbəti seminar baş tutub. Tədbiri klubun sədri Zaur Abdul açaraq “Biz kimik?” sualına aydınlıq gətirməyə çalışıb. Sonra universitetin tarix fakültəsinin dosenti Atamoğlan Məmmədli çıxış edərək dünya və türk xalqlarından, müstəqil türk dövlətlərindən və türk mədəniyyətindən söz açıb. Klub üzvlərinin də aktiv iştirakı ilə davam edən seminar işini mövzu ilə bağlı maraqlı videoçarx və slaydlarla bitirib.  Qeyd edək ki, klub həftədə iki dəfə olmaqla BDU tələbələri, eyni zamanda, digər universitet tələbələri üçün silsilə təlimlər, treninqlər, master-classlar və seminarlar təşkil edir.

Bookmark and Share