Mir Cəlalın üçcildlik əsərləri rus dilində
12/02/2009Professor Aqil Hacıyevin yazdığı ön sözdə Mir Cəlalın Azərbaycan ədəbiyyatı tarixindəki rolu və yeri müəyyənləşdirilir. 440 səhifədən ibarət I cildə ədibin XX əsr Azərbaycanda xalq hərəkatına həsr olunan «Dirilən adam»(1938) romanı və 1934-1960-cı illərdə yazdığı hekayələr daxil edilmişdir. 464 səhifədən ibarət II cildə klassikin Azərbaycan romanının ən parlaq nümunəsi sayılan məşhur «Bir gəncin manifesti» (1939) romanı və 1961-1978-ci illərdə qələmə aldığı hekayələr daxil edilmişdir. 473 səhifədən ibarət I I I cilddə məşhur Azərbaycan satirik şairi Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığını işıqlandıran «Yolumuz hayanadır» romanı, «Dağlar dilə gəldi» povesti, «Fransa yollarında» yol qeydləri və görkəmli Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunan «Bizim böyük müasirimiz» elmi məqaləsi daxil edilmişdir. Görkəmli ədibin rus dilində nəşr olunan üçcildliyi geniş rusdilli oxucu kütləsinə gözəl hədiyyədir.
