Home AZ | EN | RU

Mir Cəlalın seçilmiş əsərlərinin üçcildliyi çap olunmuşdur

29/04/2009

Üçcildliyin birinci cildi prof. Nərgiz Paşayevanın «Yazıçı və zaman» adlı geniş müqəddiməsi ilə başlayır. Birinci cildə yazıçının «Dirilən adam» romanı və hekayələri daxil edilmişdir.

İkinci cilddə görkəmli sənətkarın Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrindən olan «Bir gəncin manifesti» romanı və hekayələri verilmişdir.

Seçilmiş əsərlərin üçüncü cildinə görkəmli ədibin «Yolumuz hayanadır» romanı və hekayələri daxil edilmişdir.

Görkəmli söz ustasının anadan olmasının 100 illiyinə həsr olunmuş üçcildlik Mir Cəlal yaradıcılığının pərəstişkarlarına qiymətli bir töhfədir.

Bookmark and Share