Home AZ | EN | RU

Mirzə İbrahimov - 100

05/01/2012

21 dekabr 2011-ci il tarixdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində  böyük alim, yazıçı, dramaturq, ictimai xadim Mirzə İbrahimovun 100 illiyi ilə əlaqədar yubiley tədbiri keçirildi. Tədbirdə fakültənin professor-müəllim və tələbə heyəti işirak edirdi. Dekan Məhərrəm Vəliyev tədbiri açıq elan etdi. M.Vəliyev Cənab Prezident İlham Əliyevin ədəbiyyatımıza, mədəniyyətimizə həmişə böyük diqqət göstərdiyini və bunun bariz nümunəsi kimi  görkəmli sənətkarların yubileylərinin keçirilməsi haqqında verilən fərman və sərəncamları xüsusilə qeyd etdi. Dos. M.Vəliyev XX əsrin əvvəllərində Cənubi Azərbaycanda olan ağır vəziyyətdən danışdı və bu çətin dövrdə Mirzə İbrahimov kimi sənətkarların Şimali Azərbaycana gəlməsi, burada özünə iş axtarması, atasını və qardaşını itirməsi, lakin bunlara baxmayaraq yenə ayaq üstə durmağı bacarmasını qeyd etmişdir. Mirzə İbrahimovun hər aldığı orden və mükafatların arxasında onun böyük əziyyətləri, çətin və ağır həyat şəraiti özünü göstərir. M.İrahimovun yaratdığı “Gələcək gün”, “Böyük dayaq”, “Pərvanə”  kimi romanlarının hər kəsin stolüstü kitabı olduğunu qeyd etdi. M.Vəliyevin çıxışından sonra TEC-in sədri Sadıqlı Ayşənin hazırladığı videoçarxa tamaşa edildi.Filmə baxıldıqdan sonra fakültəınin müəllimlərinin Mirzə İbrahimov şəxsiyyəti, yaradıcılığı ilə bağlı xatirələr eşidildi.

Prof.Abdulla Abbasov çıxış etdi. prof.Qara Namazova verildi. prof. Tofiq Hüseynoğlu çıxış edərək M.İbrahimovun dramaturq, publisist, eyni zamanda, bir alim kimi diqqəti cəlb etdiyini vurğuladı. professor,  AMEA-nıın müxbir üzvü Azad Nəbiyev Mirzə müəllimin Azərbaycan ədəbiyyatşünaslığı sahəsində böyük xidmətləri olan görkəmli ictimai xadim, böyük ədib, böyük ziyalı olduğunu təsdiqlədi. Çıxışlardan sonra fakültənin III kurs tələbəsi Röya yazdığını esseni oxudu. Tədbirin sonunda I və II kurs tələbələrindən Nigar Məmmədli, Tacəddin Cəfərov, Sahil, Gülnar, Orxan və Ayşənin Mirzə İbrahimovun “Kəndçi qızı” əsərindən hazırladıqları səhnəciyə baxıldı. Ümumilikdə tədbir müəllim və tələbələrdə xoş təəssürat yaratdı.

Bookmark and Share