Mirzə Ələkbər Sabir -150
18/05/2012Filologiya fakültəsində Azərbaycan ədəbiyyatının görkəmli şairi Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illik yubileyi münasibəti ilə tədbir keçirilib. Yubileyə həsr olunmuş Respublika elmi-nəzəri konfrans iki gün davam edib. Tədbiri fakültənin dekanı dosent MəhərrəmVəliyev açaraq M.Ə.Sabirin yaradıcılığı haqqında məlumat verib. Tədbirdə Klassik Azərbaycan ədəbiyyatı kafedrasının professoru Qara Namazov, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Mətanət Abdullayeva və qələn qonaqlar M.Ə.Sabir haqqında fikirləri ilə bölüşmüşlər.
Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş «Azərbaycan filologiyasının aktual problemləri» adlı elmi-nəzəri konfransın materialları çap olunub. Konfransda 120 məruzəçi çıxış edib.
