Home AZ | EN | RU

“M.P.Vaqif və müasirlik” mövzusunda Respublika elmi-praktik konfransı keçiriləcək

21/09/2017

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində görkəmli Azərbaycan şairi və ictimai xadimi M.P.Vaqifin 300 illik yubileyinə həsr olunmuş “M.P.Vaqif və müasirlik” mövzusunda Respublika elmi-praktik konfransı keçiriləcək.  
Konfransda iştirak etmək istəyənlər öz məqalələrini 05 noyabr 2017-ci il tarixinədək kağız nüxsəsi ilə birlikdə CD diskdə təşkilat komitəsinə təqdim etməlidirlər.   
Konfransın mövzuları
1. M.P.Vaqif və müasirlik
2. Dilçilik
3. Ədəbiyyatşünaslıq
4. İctimai elmlər   
Konfransın işçi dilləri
Azərbaycan, türk, rus və ingilis dilləri.

Məqalənin tərtib olunması qaydaları
- Məqalənin mətni “Times New Roman” şriftində, sətirlərarası interval 1.5, hərflər 14 şrift, hər tərəfdən (sağ-sol, aşağı-yuxarı) 2,5 sm ölçülərində olmaqla tərtib edilməlidir.
- Məqalənin mətni 5 səhifədən az olmamalıdır.
- Məqalənin əvvəlində sətrin ortasından müəllifin adı və soyadı tünd-qara şriftlə, aşağıdan müəllifin elmi dərəcəsi, imeyli, əlaqə nömrəsi və təşkilatın adı kursivlə yazılmalıdır.  
- Müəllifə dair məlumatlardan sonra məqalənin adı böyük və tünd-qara hərflərlə yazılmalıdır.
- Məqalənin adından sonra xülasə və açar sözlər verilməlidir. Xülasənin həcmi 5 cümlədən az olmamalı, açar sözlər isə 5 sözdən ibarət olmalıdır. Azərbaycan dilində olan məqalələrin xülasə və açar sözləri ingilis dilində,  türk, rus və ingilis dillərində olan məqalələrin xülasə və açar sözləri isə Azərbaycan dilində tərtib olunmalıdır.
- Konfransa tədqim olunmuş məqalələr bundan əvvəlki heç bir elmi konfransın və ya jurnalın materiallar toplusunda çap olunmamlıdır.  
- Məqalədə ədəbi dil normalarına ciddi əməl olunmalı, onun məzmunu elmi yeniliyi və aktuallığı ilə fərqlənməlidir.   
- Məqalələrin konfrasda məruzə müddəti 15 dəqiqədən çox olmamalıdır. Hər məruzənin müzakirəsinə 5 dəqiqə vaxt ayrılır. Məruzə zamanı texniki vasitələrdən istifadə oluna bilər.
- Məqalənin sonunda əlifba sırası ilə “Ədəbiyyat” qeyd olunmalı və aşağıdakı şəkildə tərtib edilməlidir:
Kitab:
Tək müəllifli:
Hacıyev T. Türklər üçün ortaq ünsiyyət dili. Bakı: Təhsil, 2012, 234 s.
Elmi müəssisənin kollektiv müəllifli nəşri:  
Müasir Azərbaycan dili: 2 cilddə, II c., Bakı: Az. SSR EA, 1980, 542 s.  
Məqalə:
Vəliyev M. Klassik Azərbaycan poeziyasında lirik qəhrəmanın ikili xarakteri // «Filologiya məsələləri», № 2, Bakı, 2014, s. 400-404
- İstinadlar yalnız mətnin içərisində verilməli və göstərilən nümunəyə uyğun olmalıdır: (8, s. 120).

Təşkilat komitəsi ilə əlaqə:

Tel.: 055 -418-35-32;    055-465-95-40
BDU / 1 saylı tədris binası / Filologiya fakültəsi / “Türkoloji araşdırmalar” ETL / otaq 206

Məqalənin hazırlanmasına dair nümunə forması

Anar Fərəcov

filologiya üzrə elmlər doktoru

Bakı Dövlət Universiteti

[email protected]

MƏQALƏNİN ADI

Açar sözlər: (məqalənin yazıldığı dildə)

Xülasə (5-10 cümlə arası)

MƏQALƏNİN ADI

Xülasənin mətni

Xülasənin yazıldığı dildə açar sözlər(5 söz)

Açar sözlər: (kursivlə)

Məqalənin mətni

Ədəbiyyat


Bookmark and Share