Home AZ | EN | RU

Mətanət Abdullayeva “Humanist Pedaqogika Cəngavəri” fəxri adına layiq görülüb

10/04/2018

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Beynəlxalq Assosiasiya” İctimai Birliyinin Humanist Pedaqogika Beynəlxalq Mərkəzinin, ADPU-nun və Azərbaycan Respublikasının Humanist Pedaqogika Mərkəzinin birgə təşkilatçılığı ilə “Ailə insan mədəniyyətinin beşiyidir” mövzusunda Humanist Pedaqogika üzrə XVII Beynəlxalq Oxular keçirilib. Beynəlxalq Oxularda Rusiya, Ukrayna, Belarus, Estoniya, Latviya, Litva, Qazaxıstan, Gürcüstan və eləcə də respublikamızın humanist pedaqogika sahəsində çalışan tanınmış və nüfuzlu alim-mütəxəssisləri, gənc müəllimlər, psixoloqlar, sosioloqlar, həkim-metodistlər iştirak ediblər.
Bu mötəbər tədbirə qatılmış BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının professor əvəzi, Respublika Humanist Pedaqogika Mərkəzi Koordinasiya Şurasının üzvü Mətanət Abdullayeva Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin qərarı ilə “Humanist Pedaqogika Cəngavəri” fəxri adına layiq görülüb. O, «Ürək və Qu quşu» qızıl döş nişanı və fəxri fərmanı ilə təltif edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Humanist Pedaqogika Mərkəzi 2014-cü ildə Təhsil Problemləri İnstitutu (indiki Təhsil institutu) nəzdində böyük pedaqoq, əfsanəvi şəxsiyyət, akademik Şalva Aleksandroviç Amonaşvilinin rəyi və (xeyir-duası) ilə yaradılıb. Mərkəzin prezidenti Təhsil institutunda Psixologiya və yaş fiziologiyası kafedrasının doktorantı, filologiya üzrə fəlsəfə doktoru Riza Xəlilovdur.

Bookmark and Share