Home AZ | EN | RU

Məti Osmanoğlu “Əli bəy Hüseynzadə” mükafatına layiq görülüb

26/05/2017

AYB-də “Ədəbiyyat qəzeti”nin saytı və “Əli bəy Hüseynzadə” mükafatı təqdim olunub. AYB sədrinin birinci müavini, Xalq şairi Fikrət Qoca "Ədəbiyyat" qəzetinin uğurlarından danışıb və qəzetin saytının açılmasını yüksək qiymətləndirib.
Qələm ustaları Ramiz Rövşən, Seyran Səxavət, İlhaq Fəhmi, Şirindil Alışanlı, Səlim Babullaoğlu da çıxışında saytın açılmasını mühüm hadisə kimi dəyərləndiriblər.  
Sonra “Ədəbiyyat qəzeti”nin təsis etdiyi “Əli bəy Hüseynzadə” mükafatı təqdim edilib.  
Akademik Nizami Cəfərov və dos. Məti Osmanoğlu ədəbi-tənqidi məqalələrinə görə, Dilsuz Türk poeziyasının nəfis təqdimatına görə, Mirmehdi Ağaoğlu ədəbi-publisistik fəaliyyətinə görə, Mətləb Ağa şeir və esselərinə görə, Nərgiz esselərinə görə “Əli bəy Hüseynzadə mükafatı”na layiq görülüblər.

 

Bookmark and Share