Home AZ | EN | RU

Məti Osmanoğlunun “Ədəbiyyat nəzəriyyəsi. Müntəxabat” kitabı işıq üzü görüb

12/04/2018

BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlunun “Ədəbiyyat nəzəriyyəsi. Müntəxabat” kitabı (Bakı: Kitab klubu, 2018) işıq üzü görüb. Kitabda ədəbiyyat nəzəriyyəsi ilə bağlı ayrı-ayrı qaynaqlardan nümunələr verilib. Seçilən nümunələr əsasən ilkin tanışlıq, mənbənin birbaşa özü ilə canlı təmas məqsədi daşıyır.
Ali məktəb tələbələri üçün nəzərəd tutulmuş bu kitabdan orta ümumtəhsil məktəblərinin dil və ədəbiyyat müəllimləri, eləcə də ədəbiyyatla maraqlananlar istifadə edə bilər.
Müəllifin bu nəşri haqqında ümumi məlumat almaq üçün “Ön sözü” təqdim edirik.

***

Bu kitabın araya-ərsəyə gəlməsinə keçmiş tələbələrimizdən birinin sosial şəbəkədə paylaşdığı status qeydi təkan verdi: “Universitetdə bizim üçün ədəbiyyat nəzəriyyəsi Aristoteldən başlayıb, Belinskidə qurtardı”...
Şübhəsiz ki, keçmiş tələbənin yazdığında müəyyən şişirt-mə var: heç bir universitetdə çoxsaylı nəzəri cərəyan və ya konsepsiyalara, eləcə də məşhur nəzəriyyəçilərin əsərlərinə həsr edilmiş ayrıca mühazirə, məşğələ saatları aparılmır. Qaldırılan məsələnin həqiqət tərəfi isə budur ki, indiki şəraitdə Azər-baycan universitetlərində nəzəriyyə sahəsində daha əhatəli bilik əldə etmək üçün ədəbiyyat qıtlığı, mənbələrlə tanışlıq imkan-larının məhdudluğu özünü daha aydın və daha sərt göstərir. Sovet dövründə boşluğu rus dilindəki zəngin ədəbiyyatla doldurmaq olurdu. İndi isə Azərbaycan bölməsində oxuyan tələbələrin arasında rus dilində oxumaq səriştəsi olanlar yox dərəcəsindədir. Tələbələrin nisbətən yaxşı bələd olduqları ingilis dilindəki mənbələrdən istifadə etmək üçünsə müəllim-lərin səriştə və təcrübəsi formalaşmayıb...
Dünya nəzəri fikrinin ayrı-ayrı mənbələrinin dilimizə tərcümə edilməsi, eləcə də müxtəlif nəzəri konsepsiyaların tədqiqi ilə bağlı görülən işlərin əhəmiyyətini azaltmaq fikrində deyilik. Bu sahədə prof. Qorxmaz Quliyevin, prof. Məhəmməd Qocayevin, prof. Cavanşir Yusiflinin əməyi layiqincə qiymət-ləndilməlidir. Lakin bu da bir həqiqətdir ki, dilimizdə mövcud olan mənbələrin fənn proqramlarına, dərsliklərə və tələbə audi-toriyalarına nüfuz etməsi hələ arzuolunan səviyyədən çox-çox uzaqdır.  
Bizim elə bir iddiamız da yoxdur ki, bu kitabın nəşr edilməsi ilə tədris prosesində özünü göstərən məsələlər dərhal həllini tapacaq. Ancaq ona ümid edirik ki, bu kitab univer-sitetlərimizin filologiya fakültələrində tədris edilən ədəbiyyat nəzəriyyəsi  və ədəbiyyatçünaslığa giriş fənlərinin tədrisinin keyfiyyətinə müsbət təsir göstərəcək, bu fənlərə aid dərslikləri və dərs vəsaitlərini tamamlayacaq.
Nəzəri fikirləri bir araya gətirmək sahəsində ilk təşəbbüs-lərdən biri olan bu kitab, heç şübhəsiz, çatışmazlıqlardan və səhvlərdən də xali deyil. Xüsusilə bədii mətnə yanaşmada bir-birindən kəskin şəkildə fərqli olan müasir nəzəriyyələrdə işlə-dilən ayrı-ayrı anlayışların və terminlərin Azərbaycan dilində hələ kifayət qədər “oturuşmaması”, dəqiq qarşılığının olmaması ciddi çətinliklər ilə müşayiət olunur. Bundan əlavə, müxtəlif dillərdən alınmış elmi mətnlərin üslubu və sintaksisi ilə Azərbaycan dilinin ilkin təması mətnlərin oxunması zamanı gözə “cilasız” və xor görünən uyğunsuluqlar yaradır.
Bu kitabda ayrı-ayrı nəzəri qaynaqlardan yalnız nümunələr verilib. Seçilən nümunələr əsasən ilkin tanışlıq, mənbənin birbaşa özü ilə canlı təmas məqsədi daşıyır.
Gəlin belə qəbul edək ki, bu bir başlanğıcdır...

 

 

 

Bookmark and Share