Ümumdünya İnternet Gününə həsr olunmuş tədbir
01/04/2022Aprelin 1-də BDU-nun Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Ümumdünya İnternet Gününə həsr olunmuş onlayn tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının sədr müavini Aydan Rüstəmzadə müasir dövrdə internetin rolu haqqında geniş məlumat verib.
Sonra Filologiya fakültəsi Tələbə Gənclər təşkilatının sədr müavini Nəzrin Ağayeva internetin gənclərin həyatında əhəmiyyətindən, mühüm faydalarından və bəzi zərərlərindən söz açıb.
Tədbir müzakirələrlə davam edib.
