Home AZ | EN | RU

Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş XXI Respublika elmi konfransı keçiriləcək

16/03/2019

Bakı Dövlət Universitetində 15 may 2019-cu il tarixində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda XXI Respublika elmi konfransı keçiriləcəkdir.
Konfransda iştirak etmək istəyənlər məqalələrini göstərilmiş tələblərə uyğun hazırlayaraq 25 aprel 2019-cu il tarixinə kimi təşkilat komitəsinə təqdim edə bilərlər.

Məqalənin tərtibi qaydaları
1.Məqalə A4 (210x297mm) formatlı, yuxarı və aşağıdan 2,5 sm, soldan və sağdan 2 sm boş yer saxlamaqla çap olunur. Məqalənin həcmi 5 səhifədən az olmamalıdır.
2. Məqalə üç dildə-Azərbaycan, rus və ingilis dillərində təqdim oluna bilər. Məqalənin adı böyük hərflərlə, qalın şriftlə yazılmalıdır.
3.Müəllifin soyadı,  adı, atasının adı, elmi dərəcəsi qalın şriftlə verilməlidir.
4.Məqalənin mətni Times New Roman şrifti ilə, 14 ölçüdə, 1,5 intervalla yığılmalıdır.
5.Məqalənin sonunda verilən ədəbiyyat siyahısı əlifba istinad olunan ədəbiyyatların mətndə rast gəlindiyi ardıcıllıqla verilməlidir. Onlara istinad [1, s. 125] kimi işarə olunmalıdır.
6.Məqalələr çap olunmuş şəkildə və diskdə (RW) təşkilat komitəsinə təqdim olunmalıdır.
Konfransın mövzusuna, qoyulan tələblərə cavab verməyən və e-mail vasitəsilə göndərilən məqalələr qəbul edilməyəcək.
Məqaləyə görə bütün məsuliyyəti müəllif daşıyır.
Məqalələrin çapı ödənişlidir. Məcmuə pulsuzdur. Konfrans günü məcmuə təqdim ediləcəkdir.
Ünvan: AZ1148, Bakı şəh., Z.Xəlilov küç.23, Bakı Dövlət Universiteti, 1 saylı bina, Filologiya fakültəsi, magistratura şöbəsi, otaq 103
Tel.: (012) 539 03 73; (050) 330 18 99; (055) 330 18 99

Bookmark and Share