Home AZ | EN | RU

“Narkomaniyaya yox deyək!” adlı təlim keçirilib

22/04/2022

BDU-nun Filologiya, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin Könüllülər Təşkilatı “Narkomaniyaya yox deyək!” adlı təlim keçirib.
Tədbirin aparıcıları -  Zəhra Xəlilova və Mədinə Hüseynzadə qonaqları salamlayaraq, “Həyatımıza yox deməyək, narkomaniyaya yox deyək!”  şüarını səsləndiriblər.
Filologiya fakültəsinin könüllüsü Qönçə Balayeva narkotik maddələrin zərərlərindən danışaraq bildirib ki, onlardan istifadə insanları uçuruma aparır, xüsusilə gənclərin həyatını, ümidlərini puç edir.
Sonra Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Könüllülər Təşkilatının sədr müavini Səma İsazadə ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizə tədbirlərindən söz açıb, məsələ ilə bağlı 2011-2015-ci illərdə Dövlət Proqramının qəbul edildiyini diqqətə çatdırıb.
Təlimdə “Narkotik maddələrə yox deyək” adlı qısametrajlı film və Filologiya fakültəsinin könüllüləri tərəfindən hazırlanmış videoçarx nümayiş etdirilib.
Sonda Filologiya fakültəsinin Könüllülər Təşkilatının sədr müavini Elza Dəmirli çıxış edərək bildirib ki, biz, gənclər gələcəyimizə sahib çıxmalı və sonrakı nəslə təmiz dünya təhvil verməliyik.

Bookmark and Share