İngilis dili (humanitar fakültələr üzrə) kafedrasının baş müəllimi Könül Məmmədovanın açıq dərsi
27/04/2023Aprelin 27-də BDU-nun Filologiya fakültəsinin “Filologiya (İngilis dili və ədəbiyyatı)” ixtisası üzrə II kurs 153-cü qrupunda İngilis dili (humanitar fakültələr üzrə) kafedrasının baş müəllimi Könül Həbib qızı Məmmədovanın “Ingilis dili - 4” fənnindən “The Colorful World of Synesthesia” mövzusunda açıq dərsi keçirilib. Açıq dərsdə interaktiv təlim üsullarından, əyani vəsaitlərdən, video materiallardan istifadə edilib. Dərs əvvəlki mövzularla inteqrasiya üzərində qurulub, tələbələrin fəallığı təmin edilib. Açıq dərs dinləyicilər tərəfindən maraqla qarşılanıb.
