Home AZ | EN | RU

İngilis dili kafedrasının dosent əvəzi Şölə Şirəliyeva vəfat edib

14/11/2021

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin İngilis dili kafedrasının (humanitar fakültələr üzrə) dosent əvəzi Şölə Mövsüm qızı Şirəliyeva vəfat edib.
Şölə Şirəliyeva 1945-ci il mart ayının 10-da Gürcüstan Respublikasının Tblisi şəhərində anadan olub. 1963-1968-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsində təhsil alıb. 1968-ci ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb.
3 dərslik, 3 dərs vəsaiti və 2 metodiki vəsaitin müəllifi olub.
Allah rəhmət eləsin!

Bookmark and Share