Home AZ | EN | RU

Nizami Gəncəvi- 870

03/05/2012

Nizami Gəncəvi- 870

Fakültəmizdə Şərq poeziyasının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 870-illik yubiley tədbiri keçirilib. Tədbiri fakültənin dekanı dosent Məhərrəm Vəliyev açaraq Nizami Gəncəvinin yaradıcılığı haqqında məlumat verib. Tədbirdə Klassik Azərbaycan ədəbiyyatı kafedrasının professoru Qara Namazov, Türkologiya kafedrasının müdiri, prof. Tofiq Hacıyev, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Mətanət Abdullayeva Nizami Gəncəvi haqqında fikirləri ilə bölüşüblər.

Tədbirdə həmçinin Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən film nümayiş etdirildi və tələbələrinin hazırladığı «Sevgi fəlsəfəsi» adlı səhnəcik təqdim edildi.

Bookmark and Share