Home AZ | EN | RU

Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransa hazırlıq işləri davam edir

30/11/2021

“Böyük Azərbaycan şairi Nizami Gəncəvi və Şərq-Qərb ədəbi-mədəni irsi” mövzusunda beynəlxalq elmi konfransa hazırlıq işləri ilə əlaqədar olaraq, BDU-nun Filologiya fakültəsində konfransın lokal təşkilat komitəsi üzvlərinin iclası keçirilib. Lokal təşkilat komitəsinin sədri dosent Mehriban Əlizadə bildirib ki, konfransa tezislərin qəbulu artıq başa çatıb və ümumilikdə 150-yə yaxın şəxs tezislə müraciət edib. Həmçinin tezislərin qəbulu müddətində təşkilat komitəsinə müraciət etmiş müəllifləri maraqlandıran məsələlərə də aydınlıq gətirilib. Təqdim olunan tezislər bölmələr üzrə qruplaşdırılaraq konfransın akademik heyəti tərəfindən dəyərləndiriləcək və dekabrın 10-a qədər müəlliflərə ətraflı məlumat veriləcəkdir.
İclas konfransla bağlı cari məsələlərin müzakirəsi ilə yekunlaşıb.

Bookmark and Share