Home AZ | EN | RU

Filologiya fakültəsində İ.Nəsiminin 650 illiyi ilə bağlı tələbələr arasında intellektual yarış keçirilib

16/11/2019

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə bağlı Cəfər Xəndan adına 209 saylı auditoriyada intellektual yarış keçirilib. Filologiya fakültəsi üzrə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Nadir Rzazadə, sədr müavini Səkinə Aslanova  və koordinator Fərid Məmmədov yarışa nəzarət ediblər. Klassik Azərbaycan ədəbiyyatını əhatə edən və test üsulu ilə baş tutan yarışda namizədlərə 30 sual təqdim olunub.
Qeyd edək ki, qaliblər pul mükafatı (I yer - 150 AZN, II yer 100 - AZN, III yer - 50 AZN) və diplomla təltif olunacaqlar. Qaliblərin mükafatlandırılması dekabrın 6-da BDU-nun Filologiya fakültəsinin təşəbbüsü ilə keçiriləcək İ.Nəsiminin 650 illik yubileyinə həsr olunmuş respublika elmi konfransının açılış mərasimində baş tutacaq.

Bookmark and Share