Home AZ | EN | RU

Pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələrə kurikulum təlimi başlayır

23/04/2022

BDU-nun Filologiya fakültəsində “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Dil və ədəbiyyatı müəllimliyi (Rus dili üzrə)” ixtisasları üzrə təhsil alan tələbələrə kurikulumdan təlimlər başlayır. Təlimçi Sərxan Şahverdiyev tələbələrə Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarına hazırlaşmaq üçün təlim boyu Azərbaycan Respublikasının Çərçivə sənədi – 2022 əsasında Kurikulum təlimi materiallarını tədris edəcəkdir. Təlimdə əsas məqsəd tələbələrə kurikulumla bağlı materialların dərindən mənimsədilməsi, müasir tədris texnologiyaları haqqında nəzəri və praktik biliklərin dərinləşdirilməsi və məzunların MİQ imtahanlarında uğurlu nəticə əldə etmələridir.  
Qeyd edək ki, onlayn şəkildə təşkil olunacaq təlimdə tələbələrin iştirakı ödənişsizdir.

 

Bookmark and Share