Home AZ | EN | RU

Pekin Xarici Dillər Universitetinin kafedra müdiri Aqşin Əliyevin elmi seminarı keçiriləcək

21/04/2022

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində «Türkoloji araşdırmalar» ETL-in və Türkoloji dərnəyin təşkilatçılığı ilə “Qədim Çin salnamələrində türk xalqları haqqında məlumatlar və İpək yolu üzərində türk-Çin dillərinin çarpazlaşma prosesi” adlı elmi seminar keçiriləcək. Pekin Xarici Dillər Universiteti Asiya fakültəsi Azərbaycan dili kafedrasının müdiri, Çin İctimai Elmlər Akademiyasının dəvətli alimi, Dr. Aqşin Əliyevin məruzəçi olduğu seminar 27 aprel 14:00, 304 saylı auditoriyada keçiriləcək.

Bookmark and Share