Home AZ | EN | RU

Professor Aqil Cəfər Xəndan oğlu Hacıyev düynasını dəyişib

14/02/2019

Bakı Dövlət Universitetinin Rus ədəbiyyatı tarixi kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Aqil Cəfər Xəndan oğlu Hacıyev rəhmətə gedib.
Aqil Hacıyev 10 avqust 1947-ci ildə anadan olub. 1965-1970-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb. 1970-1973-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində aspirantura təhsili alıb və 1973-cü ildə namizədlik dissertasiyasını müdafiə edib. Həmin ildən BDU-nun rus ədəbiyyatı tarixi kafedrasında müəllimlik fəaliyyətinə başlayıb və kafedrada müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.
1982-ci ildə doktorluq dissertasiyası müdafiə edib. Müxtəlif illərdə Təbiət fakültələri üzrə rus dili kafedrasının müdiri (1982-1984) və Filologiya fakültəsinin dekanı (1990-1992) vəzifələrində işləyib. Rus ədəbiyyatı tarixi kafedrasının professoru və müdiri olub.
1987-ci ildən Yazıçılar Birliyinin üzvü, 1993-cü ildə Ankaradakı Türk Folklor Qurumunun fəxri üzvü, 2003-cü ildə Tbilisi Beynəlxalq Sosial-iqtisadi Akademiyasının həqiqi üzvü və Sankt-Peterburq Pyotr Elm və İncəsənət Akademiyasının müxbir üzvü seçilibr. 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilib.
Müxtəlif illərdə Ali Attestasiya Komissiyasının eksperti, AAK-da Humanitar və ictimai şöbənin müdiri, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Ekspert şurasının sədri olub. 18 elmlər namizədi hazırlayıb.
Allah rəhmət eləsin!

Bookmark and Share