Home AZ | EN | RU

Professor Əbülfəz Rəcəblinin dilçiliyə dair yeni kitabları işıq üzü görüb

09/07/2021

Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının professoru Əbülfəz Rəcəblinin dilçiliyə dair iki yeni kitabı nəşr olunub. “Frazeologiya” (Bakı: Elm və təhsil, 2021, 272 s.) kitabında frazeologiyanın nəzəri məsələləri və müasir probelmləri ətraflı tədqiqata cəlb olunub, “Koqnitiv dilçilik” (Bakı: Elm və təhsil, 2021, 304 s.) kitabında isə koqnitiv dilçiliyin bütün problemləri nəzərdən keçirilib, kateqoriyalaşdırma, konseptuallaşdırma, dünyanın kateqoriyalaşdırılması və konseptuallaşdırılması məsələləri araşdırılıb, dünyanın dil mənzərəsi və konsept məsələləri geniş öyrənilib.
Əbülfəz müəllimi ürəkdən təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Bookmark and Share