Professor İlhamə Hacıyevanın “Dil quruculuğu və I Bakı Türkoloji Qurultayı” adlı dərs vəsaiti işıq üzü görüb
28/11/2019Bakı Dövlət Universitetinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri, professor İlhamə Hacıyevanın “Dil quruculuğu və I Bakı Türkoloji Qurultayı” adlı dərs vəsaiti (Bakı: Elm və təhsil, 2019, 218 s.) işıq üzü görüb. BDU-nun 100 illik yubileyinə həsr olunmuş dərs vəsaitində Azərbaycanda dil quruculuğu, dil siyasəti, о cümlədən I Bakı Türkoloji Qurultayında dil məsələləri nəzəri aspektdə tədqiqata cəlb olunub.
Araşdırmada qurultayın gündəliyində mühüm yer tutan əlifba, orfoqrafiya, terminologiya, xüsusilə, yeni latın qrafikalı əlifbaya keçidlə bağlı məsələlər geniş şəkildə təhlil və tədqiq olunub. Vəsaitdə həmçinin türk dillərinin öyrənilməsi və dil əlaqələri, o cümlədən I Bakı Türkoloji Qurultayının elmi və tarixi əhəmiyyəti ətraflı işıqlandırılıb. BDU-nun magistrantları üçün nəzərdə tutulmuş bu dərs vəsaitindən elmi işçilər, tədqiqatçılar, müəllimlər və digər maraqlananlar faydalana bilər.
