Home AZ | EN | RU

Professor Məmməd Yaqubov təltif olunub

21/01/2015

Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Məmməd Haqverdi oğlu Yaqubov  “Avropa Nəşr Mətbuat Evi” tərəfindən 2014-cü ilin “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” diplomu ilə təltif olunub.

Qeyd edək ki, Məmməd Yaqubov  1957-1962-ci illərdə BDU-nun mexanika-riyaziyyat fakültəsinin əyani şö­bə­sin­də təh­sil alıb, 1965-ci ildən BDU-da çalışır. 1996-cı ildən İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrası müdiri vəzifəsində çalışır. 100-dən artıq elmi məqalənin müəllifidir. Alim “Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə” Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.



 

Bookmark and Share