Home AZ | EN | RU

Professor Səhər Orucova amerikalı jurnalist İrina Tsukermanın “Dəyirmi masa: Qadın tarixi ayı” adlı onlayn proqramının qonağı olub

18/03/2021

BDU-nun Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri professor Səhər Orucova müstəqil amerikalı jurnalist İrina Tsukermanın “Dəyirmi masa: Qadın tarixi ayı” adlı onlayn proqramının qonağı olub. "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanan proqramda professor Səhər Orucova “Nizaminin həyat və yaradıcılığı” adlı məruzə ilə çıxış edərək azərbaycanlı şairin həyatı ilə bağlı maraqlı məqamlara toxunub, dahi klassikin irsinə nəzər salaraq yaradıcılığındakı folklor motivlərindən danışıb. Məruzədən sonra Səhər Orucova İrina Tsukermanın və tamaşaçıların ünvanladığı sualları cavablandırıb.

Bookmark and Share