Professor Səhər Orucova “İlin alimi” ali media mükafatına layiq görülüb
07/02/2017Bakı Dövlət Universitetinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının keçirdiyi rəy sorğusuna əsasən “İlin alimi” ali media mükafatına layiq görülüb. Heydər Əliyev ideyalarının həyata keçirilməsindəki fəaliyyətinə və elmi yaradıcılığı ilə xalqa layiqli xidmətlərinə görə Səhər Orucova KİV İşçiləri Həmkarlar İttifaqı tərəfindən diplom və medalla təltif olunub.
Qeyd edək ki, prof. Səhər Orucova 1993-cü ildən BDU-da müxtəlif vəzifələrdə çalışır. 2015-ci ildən Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiridir. 100-dən artıq elmi məqalənin, o cümlədən dərs vəsaitləri, proqram və monoqrafiyaların müəllifidir. 2007-ci ildə “Azərbaycan folklorunun rus dilinə tərcüməsi probleminin özünəməxsusluğu”, 2012-ci ildə isə “Azərbaycan folklorunun toplanma, tərcümə və nəşr problemləri (SMOMPK materialları əsasında)” kitabları işıq üzü görüb. Səmərəli elmi-pedaqoji fəaliyyətinə görə müxtəlif mükafatlarla təltif olunub.
Biz də alimi ürəkdən təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.
