Home AZ | EN | RU

Professor Vaqif Sultanlı Hindistanda beynəlxalq seminarda iştirak edib

16/02/2019

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlı “Hindistan, İran və Orta Asiyanın mədəniyyətlərarası mirası” mövzusunda beynəlxalq seminarda iştirak edib.
Hindistanın Assam bölgəsində yerləşən Guvahati Universiteti tərəfindən təşkil olunan seminarda tarix, ədəbiyyatşünaslıq, dilçilik, folklor, mifologiya, fəlsəfə, kulturologiya, psixologiya elmləri üzrə maraqlı məruzələr dinlənilib.
Almaniya, Böyük Britaniya, Norveç, Macarıstan, Rusiya, Koreya, Özbəkistan, Banqladeş, İran, Şri-Lanka və digər ölkələrdən 50-dək görkəmli elm xadiminin qatıldığı seminarda ölkəmizi təmsil edən V.Sultanlı “Azərbaycan-Hindistan ədəbi-mədəni əlaqələri” mövzusunda məruzə ilə çıxış edib. Professor, həmçinin Guvahati Universitetinin İran departamenti yanında yeni yaradılmış türkologiya bölməsinin müəllim və tələbə heyəti ilə görüşüb, Azərbaycan tarixi və ədəbiyyatı ilə bağlı bir sıra kitabları universitetin kitabxanasına bağışlayıb.

Bookmark and Share