Home AZ | EN | RU

Professor Vaqif Sultanlı Hindistanda keçirilmiş beynəlxalq seminara qatılıb

14/02/2017

Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, yazıçı və ədəbiyyatşünas alim Vaqif Sultanlı Hindistanda keçirilmiş “Fars və sanskrit dilləri Hindistan, İran və Mərkəzi Asiya arasında ortaq miras və mədəniyyətlərarası əlaqə kimi” mövzusunda beynəlxalq seminarda iştirak edib.
Hindistanın Assam bölgəsindəki Guahati Universiteti İran departamentinin təşkil etdiyi seminarda tarix, fəlsəfə, kulturologiya, psixologiya, dilçilik, ədəbiyyatşünaslıq, pedaqogika, muzeyşünaslıq elmləri üzrə bir sıra maraqlı məruzələr dinlənilib.
Dünyanın müxtəlif ölkələrindən 100-dək görkəmli elm xadiminin qatıldığı seminarda Azərbaycanı təmsil edən professor V.Sultanlı “Nizami Gəncəvinin yaradıcılığında hind qaynaqları” mövzusunda məruzə ilə çıxış edib.
Seminarın bağlanış iclasında professor V.Sultanlı Guahati Universitetində T ürkologiya bölməsinin yaradılması təşəbbüsü ilə çıxış edib. Universitet rəhbərliyi bu təşəbbüsü Hindistandakı Türkiyə səfirinin diqqətinə çatdıracağını bildirib.

 

 

 

 

Bookmark and Share