Home AZ | EN | RU

Professor Vaqif Sultanlı İstanbulda beynəlxalq simpozumda iştirak edib

26/10/2019

Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlı oktyabrın 21-22-də İstanbulda Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illik yubileyinə həsr olunmuş beynəlxalq simpoziumda iştirak edib.
İstanbul Universiteti Türkiyyat Araşdırmaları İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türk Ocaqları İstanbul Şöbəsinin təşkil etdiyi simpoziumda Azərbaycanın və Türk dünyasının böyük mütəfəkkiri Əhməd bəy Ağaoğlunun sosial-siyasi, nəzəri-kulturoloji, ədəbi-publisistik fəaliyyətinə dair məruzələr dinlənilib.
Simpoziumda Türkiyə və Azərbaycan alimlərindən Abdullah Gündoğdu, Solmaz Tohidi, Nəsib Nəsibli, Bədirxan Əhmədli, Temuçin Faiq Ertan, Ufuk Özcan, Mübariz Süleymanlı, Firdovsiyyə Əhmədova, Lalə Hacıyeva, Akif Vəliyev, Əli Əsgər, Nuri Çivələk, Mədinə Karahan və başqaları məruzə ilə çıxış ediblər.
Professor Vaqif Sultanlı simpoziumda “Əhməd Ağaoğlunun ədəbi-tənqidi görüşləri” mövzusunda məruzə ilə çıxış edib.
Tədbir iştirakçıları Əhməd bəy Ağaoğlunun İstanbulun Feriköy qəbirstanlığındakı məzarını ziyarət ediblər.
Simpoziumda dinlənilən məruzələrin ayrıca kitab şəklində nəşr olunması qərara alınıb.

 

Bookmark and Share