Home AZ | EN | RU

Professor Yeganə İsmayılovanın tərtibatı ilə “Gürcüstan Ahıska türklərindən “Koroğlu” dastanı” kitabının Ərzincan Universitetində təqdimatı keçirilib

16/05/2017

Ahıska türkləri XIX əsrdən günümüzə qədər müxtəlif coğrafiyalarda köç, savaş və sürgünləri yaşamaları ilə fərqli tarixə və kollektiv hafizəyə sahib bir toplumdur. Müxtəlif yerlərdə yaşamalarına baxmayaraq, köç etdikləri ərazilərdə kimliklərini və mədəni özəlliklərini qorumaları ilə tədqiqatçıların diqqətini çəkmiş və bu səbəbdən Ahıska Türkləri elmi araşdırmlara cəlb olunmuşdur. Türkiyənin Ərzincan Universitetində 11-13 may 2017-ci il tarixində Uluslararası Ahıska Türkləri Simpoziumunun başlıca məqsədi də Ahıska türkləri mövzusu üzərində işləyən alimləri və mütəxəssisləri bir araya gətirməkdir.
Tədbirdə Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Yeganə İsmayılova iştirak edib. Simpoziumda “Gürcüstan Ahıska türklərindən “Koroğlu” dastanı” adlı məqalə ilə məruzə edən alim eyni adlı kitabın tədqimatını keçirib. Qeyd edək ki, bu kitab 1929-cu ildə professor Vəli Xuluflu tərəfindən nəşrə hazırlanıb və latın əlifbası ilə çap olunub. Ancaq 1937-ci il repressiyası zamanı Vəli Xuluflunun bütün əsərləri məhv edilib, bir təsadüf nəticəsində bu əsəri ilk dəfə 1998-ci ildə üzə çıxaran prof. Y.İsmayılova kitabı 2017-ci ildə yenidən nəşrə hazırlayıb.

Parvin Eyvazov adlı şəxsin şəkli.

Bookmark and Share