Home AZ | EN | RU

Qazaxıstan prezidenti adından professor Ramiz Əskərə təşəkkür məktubu ünvanlanıb

24/02/2017

2016-cı ildə prof. Ramiz Əskər qazaxların məşhur “Qız Cibək” dastanının Azərbaycan dilinə poetik tərcüməsini başa çatdırıb və nəşr etdirib.
Kitabı Qazaxıstan prezidenti Nursultan Nazarbayevə göndərən alim bu günlərdə ölkə rəhbəri adından Təşəkkür məktubu alıb. Məktubda Qazaxıstan prezidenti dəftərxanasının rəhbəri M.Qasımbəyov kitabın ərsəyə gəlməsinə görə müəllifə N.Nazarbayevin təşəkkürünü və xoş arzularını çatdırıb.  
Qeyd edək ki, Qazax folklorunun ən parlaq abidələrindən biri olan bu dastanın yaranmasının 500 illiyi 2009-cu ildə UNESCO tərəfindən qeyd olunub. “Qız Cibək” mövzusunda Qazaxıstanda bir neçə film çəkilib, opera bəstələnib, çoxlu rəsm əsərləri yaradılıb. Dastan bir çox xarici dillərə tərcümə olunub.
Məktubu sizə təqdim edirik.

Bookmark and Share