Home AZ | EN | RU

Qazaxıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar

26/12/2023

Qazaxıstan-Britaniya Texniki Universitetinin alimləri – filologiya elmləri doktoru, professor Janat Turarbekkızı Dauletbekova və filologiya üzrə fəlsəfə doktoru, dosent Rai Kairat Magauuly BDU-nun Filologiya fakültəsinin qonağı olublar. Türkologiya kafedrasında baş tutan görüşdə Dünya Gənc Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, kafedranın professor-müəllim heyəti, “Türkoloji araşdırmalar” ETL-in əməkdaşları və gənc tədqiqatçılar iştirak ediblər.
Kafedra müdiri, professor Məhərrəm Məmmədov qonaqlara kafedranın tarixi, tədris və tədqiqat istiqamətləri, həmçinin universitetdə qazax dili və ədəbiyyatının tədrisinin mövcud vəziyyəti haqqında ətrafı məlumat verib.
Sonra qazaxıstanlı alimlər öz elmi fəaliyyətlərindən, Qazaxıstan-Azərbaycan elmi-mədəni əlaqələrindən söz açıblar.
Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri geniş müzakirə olunub.

Bookmark and Share