Home AZ | EN | RU

Ramiz Əskər “Əlişir Nəvai” qızıl medalına layiq görülüb

27/12/2021

Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, filologiya elmləri doktoru Ramiz Əskər Qazaxıstanın paytaxtı Nur-Sultanda qızıl medala layiq görülüb.
Ramiz Əskər Beynəlxalq Türk Akademiyası tərəfindən türk xalq ədəbiyyatının klassiklərinə həsr olunmuş “Şərqin ulduzları” konfransı çərçivəsində türk dünyasında mədəni-ədəbi əlaqələrin möhkəmlənməsinə xidmətlərinə görə “Əlişir Nəvai” qızıl medalı ilə mükafatlandırılıb.
Qeyd edək ki, Ramiz Əskər Abay Kunanbayev və Əlişir Nəvainin seçilmiş əsərlərini, “Kız Jibek” dastanını, Mağcan Cumabayın 2 əsərini Azərbaycan dilinə tərcümə edib.

 

Bookmark and Share