Home AZ | EN | RU

Rektor Abel Məhərrəmov 8 Mart münasibətilə fakültənin iki müəllimini təltif edib

09/03/2018

BDU-nun rektoru, akademik Abel Məhərrəmov 8 Mart münasibətilə fakültənin iki müəllimini mükafatlandırıb. Universitetin ictimai həyatında fəal mövqeyinə, vəzifəsinə məsuliyyətlə yanaşdığına, öhdəsinə düşən işləri vicdanla və dəqiq yerinə yetirdiyinə görə Rus dilçiliyi kafedrasının professoru Sevinc Məhərrəmova və Rus ədəbiyyatı tarixi kafedrasının dosenti Solmaz Əliyeva “Fəxri fərman”la təltif olunub. Mükafatları müəllimlərə fakültənin dekan müavini, dosent Cavanşir Muradov təqdim edib.
Biz də müəllimləri, ümumilikdə fakültəmizin xanım əməkdaşlarını ürəkdən təbrik edir, karyera və şəxsi həyatlarında uğurlar arzulayırıq.

Bookmark and Share