Rektor Filologiya fakültəsinin tələbələrini qəbul edib
22/05/2014Filologiya fakültələrinin tələbələri ilə yanaşı dekan və kafedra müdirləri də görüşə qatılıb.
Yekun Dövlət Attestasiyası ilə bağlı məlumat verən rektor, eyni zamanda tələbələrin problemləri ilə maraqlanıb, onların suallarını cavablandırıb və müəyyən tapşırıqlarını verib. Abel Məhərrəmov tələbələrə imtahana ciddi hazırlaşmalarını tövsiyə edib, imtahanlara bilavasitə özü nəzarəti edəcəyini xatırladıb.
Eyni zamanda fakültə dekanı və kafedra müdirlərinə tələbələrlə vaxtaşırı görüşmək, onların icmal mühazirələrdə fəal iştiraklarını təmin etmək üçün lazımi göstərişlərini verib.
