Respublika Elmi Konfransı
13/04/2016AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
Filologiya fakültəsi
2016-cı il 18-19 may tarixində Ümummilli Lider H.Ə.Əliyevin anadan olmasının 93 illik yubileyinə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda Respublika Elmi Konfransı keçirəcəkdir.
Konfransa təqdim olunacaq materialların aşağıdakı bölmələrə uyğun olması tövsiyə edilir:
- Ədəbiyaytşünaslıq (Şifahi Xalq Ədəbiyyatı, Klassik Azərbaycan ədəbiyyatı, Dünya ədəbiyyatı, Rus ədəbiyyatı, Türk xalqları ədəbiyyatı, Ədəbiyyat tarixi, Ədəbiyyatın metodikası)
- Dilşünaslıq (Ümumi dilçilik, Türkologiya, Azərbaycan dilçiliyi, Azərbaycan dilinin metodikası)
Konfrans materiallarının hazırlanmasına qoyulan tələblər.
A5 format kağızda hər tərəfdən 1,5 sm məsafə saxlanılmalıdır. Mətnin yazılması 12 şrift (Times New Roman), sətirlərarası interval 1 olmaqla (2 səhifədən çox olmamaqla) hazırlanmalıdır. Abzasın əvvəlində 0,7 sm buraxılmalıdır. Şəkillərin adları mərkəzdə, cədvəllərin adları isə sol kənarda qeyd olunur.
Tələbata uyğun hazırlanmış konfransın materialları 1 nüsxə kağızda çap olunaraq CD disklə birlikdə 20 aprel 2016-cı il tarixinə kimi təqdim edilməlidir.
Təşkilat komitəsinin ünvanı: Bakı AZ 1148, Akademik Zahid Xəlilov küçəsi 23, Bakı Dövlət Universiteti, 1 saylı tədris binası, II mərtəbə Filologiya fakültəsinin qiyabi şöbəsi. Əlaqə nömrəsi: 539 – 03 - 73
